Komendant və MTK üçün

Kim ödəyib, kim yox - bir baxışda

Sakinim binanın hesablarını, ödənişlərini, xərclərini və müraciətlərini bir yerə yığır. Siz kabinetdə işləyirsiniz, sakinlər isə borcunu və hesablarını telefonda görür.

Demo istəyin
  • Kart məlumatı tələb olunmur
  • Excel siyahınızı biz köçürürük
Sakinlərin artıq istifadə etdiyi üsullarla işləyir:
  • Nağd
  • MilliÖn terminalı
  • Bank köçürməsi

Ay sonu tanış mənzərədir?

Komendantların bizə ən çox danışdığı dörd problem. Sakinim hər birini ayrıca həll edir.

İndiSakinim ilə
Borcu bilmək üçün dəftəri və Excel faylını tutuşdurursunuz.Borclular siyahısı hər ödənişdən sonra özü yenilənir.
WhatsApp qrupunda gündə bir neçə dəfə “borcum nə qədərdir?” sualı.Sakin borcunu və ödəniş tarixçəsini tətbiqdə özü görür.
“Pul hara xərclənir?” sualına cavab vermək üçün qəbzləri axtarırsınız.Xərclər kateqoriya ilə qeyd olunur, ayın hesabatı hazırdır.
Bank köçürməsi ilə gələn pulun kimdən olduğunu ekran şəkillərindən tapırsınız.Sakin ödənişi tətbiqdən bildirir, siz bir düymə ilə təsdiqləyirsiniz.
Hesablar

Bütün mənzillərə hesab - bir düymə ilə

Aylıq xidmət haqqını sahəyə və ya sabit məbləğə görə, kommunal və parkinqi isə ayrıca yaradın. Son tarix keçəndə hesab qırmızı ilə işarələnir.

  • Aylıq, birdəfəlik, kommunal, parkinq və kampaniya hesabları
  • Artıq ödəniş avans kimi qalır və növbəti hesablara keçirilir
Ödənişlər

Sakin ödədi, siz təsdiqlədiniz - qəbz hazırdır

Pul Sakinim-dən keçmir: sakin MTK-ya birbaşa ödəyir və tətbiqdən “ödədim” bildirişi göndərir. Siz təsdiqləyəndə hesab bağlanır, sakinə nömrəli qəbz çatır.

  • Nağd ödənişi kabinetdə özünüz də qeyd edə bilərsiniz
  • Geri qaytarma da tarixçədə görünür
Xərclər

Pulun hara getdiyi bir səhifədə

Lift, təmizlik, elektrik - hər xərci kateqoriya ilə qeyd edin. Ay sonunda yığılan, xərclənən məbləğ və kassadakı qalıq bir səhifədə görünür - ümumi yığıncağa hazır.

Müraciətlər və elanlar

“Lift işləmir” zəngi yox - izlənən müraciət

Sakin problemi şəkillə göndərir, hər addımda ona bildiriş gedir. Su və ya işıq kəsiləcəksə, elan bütün binaya bir anda çatır - qrupda itmir.

Parkinq

Hansı yer kimindir, sual yaranmır

Yerləri zona üzrə qeyd edin, mülkiyyət və ya icarə kimi mənzilə bağlayın. İcarədəki yerlərin aylıq hesabları bir addımda yaranır.

Sakininiz komendanta zəng etmədən hər şeyi bilir

  • Borcu, hesabları və qəbzləri görür
  • Ödənişi etdikdən sonra tətbiqdən bildirir
  • Müraciət göndərir, elanları bildiriş kimi alır

Tezliklə App Store və Google Play-də.

Bir həftədə işə düşür

  1. 01 · Zəng

    Binanızı tanıyırıq

    Mənzil sayı, aylıq haqq, parkinq - 20 dəqiqəlik söhbət.

  2. 02 · Köçürmə

    Siyahınızı biz yükləyirik

    Excel və ya dəftər şəkli göndərin, mənzil və borcları biz daxil edirik.

  3. 03 · Dəvət

    Sakinlər tətbiqə girir

    Hər mənzilə giriş məlumatı veririk, binada asmaq üçün elan da hazırlayırıq.

  4. 04 · İlk ay

    Hesablar gedir

    İlk aylıq hesabları birlikdə yaradırıq, suallarınıza cavab veririk.

Suallar

Sakinlərin pulu Sakinim-dən keçirmi?

Xeyr. Sakinlər MTK-ya nağd, MilliÖn terminalı və ya bank köçürməsi ilə birbaşa ödəyir. Biz ödənişdən faiz götürmürük.

Sakinlərin hesablarını kim yaradır?

Başlanğıcda biz, sonra isə komendant - veb kabinetdən. Sakinlər özləri qeydiyyatdan keçə bilmir, ona görə də yalnız idarənizin tanıdığı insanlar daxil olur.

Sakinlərə tətbiq lazımdır?

Xeyr. Sakinin tətbiqdə edə bildiyi hər şey veb brauzerdə də işləyir.

MTK-mızın bir neçə binası var. Bu işləyir?

Bəli. Hər bina öz komendantı, öz mənzilləri və öz qeydləri ilə qurulur.

İmtina etsək, nə olur?

30 gün əvvəl xəbər verin. Binalarınızın məlumatlarını sizinlə razılaşdığımız kimi qaytarır və ya silirik.

Növbəti ayın hesablarını Sakinim-lə göndərin

Demoda platformanı sizin binanızın mənzilləri ilə göstəririk.